- İspaniya L.L.
- 16:51 09.11.2026
Madrid “Real”ının sabiq futbolçusu və gənclər komandasının keçmiş baş məşqçisi Raul Qonsales İspaniyanın “Real Ovyedo” klubunun yeni çalışdırıcısı olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
49 yaşlı mütəxəssis 2028-ci ilə qədər müqavilə imzalayıb. Qeyd edək ki, bu, əfsanəvi hücumçunun böyüklər səviyyəsində ilk məşqçilik təcrübəsi olacaq.
“Real Oviedo” İspaniya çempionatının ikinci divizionunda 21 xalla doqquzuncu pillədə qərarlaşıb. Komanda pley-off zonasından cəmi bir xal geri qalır.
Noyabrın 14-də “Real Oviedo” doğma meydanda “Jirona”nı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.