- İspaniya L.L.
- 19:21 09.11.2026
“Barselona”nın hücumçusu Lamın Yamalın oktyabr ayında vurduğu qol klubun ay ərzində ən yaxşı qolu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, 17 oktyabrda İspaniya La Liqasının səkkizinci turunda “Betis”lə səfər matçında (5:2) vurulan qol mükafata layiq görülüb.
“Barselona” akademiyasının yetirməsi “La-Kartuxa” stadionunda qarşılaşmanın hesabını açıb. Yamal əvvəlcə dabanı ilə Fakundo Bernalı aldadıb, daha sonra cərimə meydançasının kənarından sol ayağı ilə dəqiq zərbə endirib. “Betis”in qapıçısı Alvaro Valles topun qarşısını ala bilməyib.
Qeyd edək ki, Lamın Yamal 2023-cü ilin aprelindən “Barselona”nın əsas komandasında çıxış edir.