- İspaniya L.L.
- 23:34 09.11.2026
Madrid “Real”ının hücumçusu Kilian Mbappe İspaniya La Liqasının oktyabr ayı üzrə ən yaxşı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Fransalı futbolçu ötən ay “kral klubu”nun heyətində bütün turnirlərdə beş oyuna çıxıb. O, bu görüşlərdə altı qol vurub və bir məhsuldar ötürmə verib.
Azarkeşlər arasında keçirilən səsvermədə Mbappe “Barselona”nın futbolçusu Lamin Yamalı, “Real Sosyedad”dan Qonsalu Qedeşi, “Atletiko”nun üzvü Alexandro Qrimaldonu və “Elçe”nin qapıçısı Matias Dituronu qabaqlayıb.
La Liqada 12 turdan sonra “Real” 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid klubu lider “Barselona”dan üç xal geri qalır.