- İspaniya L.L.
- 16:25 10.11.2026
“Real”ın və Braziliya millisinin hücumçusu Endrik qış transfer pəncərəsində oyun təcrübəsi qazanmaq üçün klubdan ayrılmaq ehtimalına münasibət bildirib.
90deqiqe.Az-ın məlumatına görə, "Globo" nəşri 20 yaşlı futbolçunun dediklərini belə çatdırıb.
“Cəmi 20 yaşım var, ona görə də hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Sadəcə oynamaq, xoşbəxt olmaq və komanda yoldaşlarıma kömək etmək istəyirəm. Yanvarda nə baş verəcəyini bilmirəm, hər şey Allahın iradəsinə bağlıdır. Mən yalnız karyeram üçün ən yaxşısının baş verməsini istəyirəm. Nə olmalıdırsa, o da olacaq. Ayaqlarım möhkəm yerdə olacaq və əlimdən gələni etməyə davam edəcəyəm.
Madrid gözəl şəhərdir, ailəm də oradadır. Amma karyeramın inkişafı üçün lazım olan hər şeyi edəcəyəm.
Mourinyoya çox güvənirəm. O, hər gün mənimlə əlaqə saxlayır. Futbol haqqında danışmaq üçün deyil, şəxsi həyatımda işlərimin necə getdiyini öyrənmək üçün. “Real” üçün hər zaman bütün gücümü ortaya qoyacağam, çünki klub hər şeydən üstündür. Lakin Mourinyonun mənə göstərdiyi qayğı və diqqət daha da böyük həvəslə çalışmağıma səbəb olur”
Qeyd edək ki, La Liqanın 2026/2027 mövsümündə 20 yaşlı futbolçu cəmi dörd matçda meydana çıxıb və ümumilikdə 85 dəqiqə oynayıb.