11 noyabr 2026. Çərşənbə

“Çempionlar Liqasını qazanmaq istəyirik”


“Çempionlar Liqasını qazanmaq istəyirik”

“Barselona”nın müdafiəçisi Jerard Martin komandanın hazırkı vəziyyəti barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, onun sözlərinə görə, La Liqanın son turunda qazanılan qələbə futbolçuların özünəinamını bərpa etməsinə kömək edib.

“Atletiko” üzərində qələbə bizim üçün çox vacib idi. Yaxşı oyun nümayiş etdiririk, lakin mövsüm yenicə başlayıb və inkişaf etməyə davam etməliyik. Vacib matçlarda ardıcıl iki məğlubiyyət müəyyən narazılığa səbəb oldu. Bununla belə, sakitəm, çünki düzgün yoldayıq”

Müdafiəçi Madrid təmsilçisi ilə görüşə uğursuz başladıqlarını, lakin sonradan vəziyyəti dəyişə bildiklərini etiraf edib:

“Doğrudur, həmin matça yaxşı başlamadıq. Ancaq vəziyyəti düzəldə və çətinliklərin öhdəsindən gələ bildik. Nəticədə qalib gəldik və ən vacibi də budur”.

Çempionlar Liqasındakı hədəflərdən danışan Martin komandanın turnirin qalibi olmaq istədiyini vurğulayıb:

“Bu məqsədə həddindən artıq köklənmişik, ya yox, bilmirəm. Ancaq addım-addım irəliləməliyik. Bunu vəsvəsəyə çevirmirik. Qalib gəlmək istəyirik və bunun üçün əlimizdən gələni edəcəyik. Amma yalnız kubok haqqında düşünməyəcəyik. Bunun çətin vəzifə olduğunu anlayırıq, lakin bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasının əsas mərhələsində 9 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.







İspaniya L.L.