12 noyabr 2026. Cümə axşamı

Vinisius “Real”da əsas heyətdəki yerini itirib


Vinisius “Real”da əsas heyətdəki yerini itirib

“Real”ın hücumçusu Vinisius Junior start heyətindəki yerini itirib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, braziliyalı futbolçu mövcud vəziyyəti anlayışla qarşılayır və baş məşqçi Joze Mourinyonun qərarına hörmətlə yanaşır. Vinisius əsas heyətə qayıtmaq və yenidən matçların taleyini həll edə bilən futbolçuya çevrilmək üçün səylə çalışmağı planlaşdırır.

Vinisius 2026/2027 mövsümündə gözlənilən performansı nümayiş etdirə bilmir. O, keçirdiyi 12 matçda cəmi bir qol vurub və üç məhsuldar ötürmə verib.

“Real” hazırda La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Madrid klubu lider “Barselona”dan üç xal geri qalır.







İspaniya L.L.