- İspaniya L.L.
- 23:22 11.11.2026
“Real”ın prezidenti Florentino Peres klubun maliyyə likvidliyini artırmaq məqsədilə yenidənqurma planı hazırlayıb.
90deqiqe.Az-ın “The Touchline”ə istinadən məlumatına görə,bu plana klubun azlıq payının maliyyə investorlarına satılması da daxildir.
Peres hələlik bu plan barədə ictimaiyyətə açıqlama verməyib. Bildirilir ki, “Real”ın azlıq payının mümkün alıcılarından biri fransalı milyarder Bernar Arno ola bilər.
Planın digər istiqaməti isə Rafael Nadalın gələcəkdə “Real”ın prezidenti vəzifəsinə hazırlanmasıdır. Bu barədə daha əvvəl də məlumat yayılmışdı.
“Real” hazırda İspaniya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. 12 turdan sonra “Barselona” Madrid klubunu üç xal qabaqlayır.