- İspaniya L.L.
- 00:02 15.11.2026
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan keçmiş tennisçi Rafael Nadalın “Real” klubunun Direktorlar Şurasına daxil edilməsi ilə bağlı qərarı şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, “RMC Sport” nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Rafael futbola, xüsusilə də “Real”a böyük sevgi bəsləyir. Onun Direktorlar Şurasına qoşulması yaxşı haldır, çünki o, həmişə kluba yaxın olub. Nadalın arzusunu gerçəkləşdirə bilməsi “Real” üçün müsbət məqamdır. Gələcəkdə onu başqa bir vəzifədə də görməyimiz niyə mümkün olmasın?”
Noyabrın 4-də “Real”ın rəhbərliyi Nadalın Direktorlar Şurasına daxil edilməsi ilə bağlı namizədliyini təsdiqləyib. Təyinatın yekun təsdiqi isə noyabrın 21-də keçiriləcək ümumi yığıncaqda klub üzvləri tərəfindən verilməlidir.