16 noyabr 2026. Bazar ertəsi

Rodri “Barselona”ya gözləniləndən tez qayıda bilər


Rodri “Barselona”ya gözləniləndən tez qayıda bilər

“Barselona”nın yarımmüdafiəçisi Rodri Ernandesin zədədən sonra yaşıl meydanlara ilkin proqnozlaşdırılandan daha tez qayıtması gözlənilir.

90deqiqe.Az-ın “AS” nəşrinə istinadən məlumatına görə, futbolçunun bərpa prosesi uğurla davam edir. Bu səbəbdən Kataloniya klubunun tibbi heyəti onun noyabrın sonunda meydana qayıtması ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, Rodri noyabrın 3-də Çempionlar Liqasının “Aston Villa” ilə matçında sağ budunun ikibaşlı əzələsindən zədələnib. İlkin proqnoza əsasən, onun dörd-beş həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilirdi.

Hazırda “Barselona” yarımmüdafiəçini noyabrın 29-da “Deportivo”ya qarşı keçiriləcək oyunun iştirak ərizəsinə daxil etməyi planlaşdırır. Klub bu matçda Rodriyə müəyyən oyun praktikası qazandırmağı hədəfləyir.







İspaniya L.L.