- İspaniya L.L.
- 23:25 16.11.2026
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq zədələnsə də, komandasının qarşıdakı oyunlarını buraxmayacaq.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Kataloniya klubunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Klubun rəsmi tibbi açıqlamasına əsasən, 29 yaşlı futbolçuda obturator əzələnin dartılması aşkarlanıb.
Zədəsinə baxmayaraq, “Barselona”nın tibbi heyəti yarımmüdafiəçinin məşqləri davam etdirməsinə icazə verib. Klub De Yonqun İspaniya çempionatının “Vilyarreal”la qarşıdakı matçında meydana çıxmağa hazır olacağını təsdiqləyib.
Qeyd edək ki, noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə zamanı De Yonq UEFA Millətlər Liqası çərçivəsində Yunanıstanla keçirilən və Niderlandın 7:0 hesablı qələbəsi ilə başa çatan görüşün fasiləsində əvəzlənmişdi.