17 noyabr 2026. Çərşənbə axşamı

Qaret Beyl “Sevilya” klubunun satın alınması prosesində iştirak edə bilər


Qaret Beyl “Sevilya” klubunun satın alınması prosesində iştirak edə bilər

“Real Madrid”in sabiq futbolçusu Qaret Beyl İspaniyanın “Sevilya” klubunun satın alınması prosesində iştirak edə bilər.

90deqiqe.Az-ın “El Confidencial”a istinadən məlumatına görə, Beyl “Sevilya”nı almaqda maraqlı olan ABŞ investisiya fonduna məsləhət verir.

Bundan əvvəl Serxio Ramosun rəhbərlik etdiyi klubun satın alınması layihəsi baş tutmamışdı.

Bildirilir ki, “Sevilya”nı almaq istəyən istənilən investor səhmlərin satın alınması üçün tələb olunan məbləğdən əlavə, kluba ən azı 80 milyon avro sərmayə qoymalıdır.

Qeyd edək ki, Qaret Beyl “Real Madrid”in heyətində 258 oyun keçirib. Uelsli futbolçu bu görüşlərdə 106 qol vurub və 68 məhsuldar ötürmə verib.







İspaniya L.L.