- İspaniya L.L.
- 23:25 16.11.2026
“Barselona” müdafiəçiləri Alexandro Balde və Jül Kunde qış transfer pəncərəsində komandanı tərk edə bilərlər.
90deqiqe.Az-ın “Barca Universal”a istinadən məlumatına görə, Kataloniya klubu hər iki futbolçu ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır.
Bildirilir ki, hər iki müdafiəçinin yanvar ayında satılması kifayət qədər real görünür.
Balde və Kunde cari mövsümdə Hans-Diter Flikin rəhbərliyi altında əsas heyətdəki yerlərini itiriblər. Hər iki futbolçunun İngiltərəyə yollanmaq ehtimalı var. Onlarla Premyer Liqanın bir neçə nəhəng klubu maraqlanır.
“Transfermarkt” portalı 23 yaşlı ispaniyalı Baldenin bazar dəyərini 40 milyon avro, 28 yaşlı fransalı Kundenin qiymətini isə 55 milyon avro olaraq göstərir.