17 noyabr 2026. Çərşənbə axşamı

Ademola Lukman “Barselona” ilə oyunu buraxa bilər


Ademola Lukman “Barselona” ilə oyunu buraxa bilər

“Atletiko Madrid”in hücumçusu Ademola Lukmanın dekabrın 2-də “Barselona”ya qarşı keçiriləcək matçda meydana çıxması sual altındadır.

90deqiqe.Az xəbər verir ki, nigeriyalı futbolçunun zədəsinin ilkin ehtimal ediləndən daha ciddi olduğu bildirilir.Bu barədə “Marca” nəşri məlumat yayıb.

Lukman ötən cümə günü Tanzaniya ilə milli komandanın oyununda sol dizindən zədə alıb. Nigeriya millisinin tibbi heyəti əvvəlcə futbolçuda yüngül dartılma olduğunu ehtimal etsə də, Madriddə aparılan müayinələr zədənin orta ağırlıq dərəcəsində olduğunu üzə çıxarıb.

Buna görə də hücumçu bazar günü “Xetafe” ilə La Liqa matçını, eləcə də çərşənbə axşamı Çempionlar Liqasında “Vikinq”lə qarşılaşmanı buraxacaq. Onun noyabrın 28-də “Elçe” ilə oyunda iştirakı da az ehtimal olunur. “Barselona” ilə dekabrın 2-də keçiriləcək görüşdə meydana çıxıb-çıxmayacağı isə hələ məlum deyil.

Qeyd edək ki, son vaxtlar Lukman “Atletiko Madrid”in əsas heyətindəki yerini itirib. Futbolçu millinin oyunlarından istifadə edərək əvvəlki formasını və özünəinamını bərpa etməyi planlaşdırırdı.







İspaniya L.L.