17 noyabr 2026. Çərşənbə axşamı

İspaniya Ali Məhkəməsi “Real Madrid”in La Liqaya qarşı iddiası üzrə qərarı qüvvədə saxlayıb


İspaniya Ali Məhkəməsi “Real Madrid”in La Liqaya qarşı iddiası üzrə qərarı qüvvədə saxlayıb

İspaniya Ali Məhkəməsi La Liqanın 2021-ci ildə CVC investisiya fondu ilə bağladığı müqavilənin etibarsız sayılması barədə apellyasiya şikayətini rədd edib.

90deqiqe.Az-ın məlumatına görə, müqaviləyə əsasən, CVC fondu İspaniya futboluna təxminən iki milyard avro vəsait ayırmalı, bunun müqabilində isə 50 il ərzində La Liqanın kommersiya fəaliyyətindən və televiziya hüquqlarından əldə edəcəyi gəlirlərin bir hissəsini almalı idi.

Beləliklə, məhkəmə “Real Madrid” və Bilbao “Atletik”inin iddiası əsasında çıxarılmış əvvəlki qərarı qüvvədə saxlayıb. Həmçinin La Liqanın kassasiya şikayəti ilə bağlı məhkəmə xərclərini ödəməsi barədə qərar verilib.

Müqavilənin etibarsız sayılmasına əsas səbəb klublara sövdələşmənin miqyasını, mümkün nəticələrini və edilən dəyişikliklərin təsirini anlamaq və qiymətləndirmək üçün kifayət qədər məlumat verilməməsi olub.

Madrid klubunun yaydığı bəyanatda bildirilib ki, Ali Məhkəmə La Liqanı işin hallarına dair məhkəmənin gəldiyi nəticələri özünün qərəzli şərhi ilə əvəz etməyə çalışmaqda ittiham edib.

“Real Madrid” qərarı klubların hüquqlarının müdafiəsi mövqeyinin təsdiqi kimi qiymətləndirib. Klub İspaniya futbolunda qanunçuluq, şəffaflıq və düzgün idarəetmə prinsiplərini müdafiə etməyə davam edəcəyini bəyan edib.







İspaniya L.L.