18 noyabr 2026. Çərşənbə

Rodri “Barselona”nın PSJ və “Real Madrid”lə oyunlardakı məğlubiyyətlərinin səbəbini açıqlayıb


Rodri “Barselona”nın PSJ və “Real Madrid”lə oyunlardakı məğlubiyyətlərinin səbəbini açıqlayıb

“Barselona”nın yarımmüdafiəçisi Rodri Ernandes komandanın PSJ və “Real Madrid”lə qarşılaşmalardakı uğursuz çıxışına istirahət üçün kifayət qədər vaxtın olmamasının təsir göstərə biləcəyini düşünür.

90deqiqe.Az xəbər verir ki, futbolçu bu barədə “SPORT” nəşrinə müsahibəsində danışıb.

“Bəlkə də həmin həftə bəzi məqamları dəyişə bilərdik və istirahətimiz o qədər də uğurlu alınmadı. Bu, bəhanə deyil, çünki bütün komandalar eyni vəziyyətlə üzləşir. Amma güclü rəqiblərə qarşı oynayarkən müəyyən dəyişikliklər etməyimiz lazım ola bilər”, – deyə Rodri bildirib.

Qeyd edək ki, PSJ “Barselona”nı 4:2 hesabı ilə məğlub edib. Beş gün sonra isə Kataloniya təmsilçisi “Real Madrid”ə 1:2 hesabı ilə uduzub.

Hazırda “Barselona” İspaniya çempionatına liderlik edir. Kataloniyalılar UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində isə beşinci pillədə qərarlaşıblar.







İspaniya L.L.