- İspaniya L.L.
- 23:20 18.11.2026
İspaniyanın “Real Madrid” klubu Türkiyə millisinin yarımmüdafiəçisi Arda Gülerlə müqavilənin müddətini uzadıb.
90deqiqe.Az-ın klubun rəsmi saytına məlumatına görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, 21 yaşlı futbolçu 2032-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
Arda Güler 2023-cü ilin iyulunda, 18 yaşında “Real Madrid”ə transfer olunub. O, indiyədək komandanın heyətində 126 oyun keçirib və 5 titul qazanıb.
Türkiyəli futbolçunun kolleksiyasında UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, İspaniya çempionluğu və İspaniya Superkuboku mükafatları var.
Qeyd edək ki, Arda Güler Türkiyə millisinin heyətində 38 oyun keçirib.