18 noyabr 2026. Çərşənbə

“Arbeloa mənə lazım olan inamı verdi”


“Arbeloa mənə lazım olan inamı verdi”

“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger komandanın sabiq baş məşqçisi Alvaro Arbeloanın fəaliyyətini yüksək qiymətləndirib və onun ona göstərdiyi dəstəkdən danışıb.

 90deqiqe.Az xəbər verir ki, təcrübəli futbolçu bu barədə “AS” nəşrinə açıqlamasında bildirib.

“Arbeloa çətin bir məqamda komandaya gəldi, amma biz aprel ayına qədər mübarizəni davam etdirdik. “Malyorka” və “Bavariya”ya uduzduğumuz vaxt çox çətin idi, çünki riyazi baxımdan mövsümümüz artıq başa çatmışdı. Lakin “Atletiko” və “Mançester Siti” ilə oyunlarda yenidən ümid yarandı.

Arbeloa ilə münasibətlərim çox yaxşı idi. Ötən il mənim üçün çətin keçdi, amma o, mənə inanırdı. Biz təkbətək söhbət etdik və mən fevral ayına qədər hazır olacağımı dedim. Buna görə də o, mənə güvəndi. Mənə lazım olan inamı verdi.

Onu “Fulhem”də görməyə şadam. Başlanğıc çətin alındı, amma İngiltərə Premyer Liqası belədir. Xüsusilə də “Real Madrid”dən gələndə”, – deyə Rüdiger bildirib.

Qeyd edək ki, “Real Madrid”dən ayrıldıqdan sonra Alvaro Arbeloa “Fulhem”in baş məşqçisi təyin olunub. Onun komandası İngiltərə çempionatında 10 xalla 15-ci pillədə qərarlaşıb.







İspaniya L.L.