25 mart 2026. Çərşənbə

Messi Ronaldonu keçdi, Peleyə yaxınlaşdı


Messi Ronaldonu keçdi, Peleyə yaxınlaşdı

"Barselona"nın kapitanı Lionel Messi İspaniya La Liqasının XI turunda "Valyadolid"lə keçirilən oyunda öz göstəricilərini daha da yaxşılaşdırıb.


Corner.az “Actu Foot” portalına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna La Liqanın XI turunda evdə “Valyadolid”i 5:1 hesabı ilə məğlub etdiyi matçda dubl edərək nail olub.

Bununla da Messi klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə iştirak etməklə reallaşdırıb. Ronaldo isə 813 oyunda 606 dəfə fərqlənib.

Messi orta hesabla hər oyunda 0,87 qol vurur. Ronaldoda bu göstərici 0,75-dir.Messi "Santos"un heyətində 643 qola imza atan futbol kralı Peledən cəmi 35 top geri qalır.







İspaniya L.L.

"Sevilya" baş məşqçisiz qaldı
  • İspaniya L.L.
  • 20:16 23.03.2026
"Sevilya" baş məşqçisiz qaldı
"Bernal çox ağıllı oyunçudur"
  • İspaniya L.L.
  • 15:32 23.03.2026
"Bernal çox ağıllı oyunçudur"
Madrid derbisində “Real” qalib gəldi
  • İspaniya L.L.
  • 02:04 23.03.2026
Madrid derbisində “Real” qalib gəldi