- İspaniya L.L.
- 23:04 18.11.2026
“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger komandanın baş məşqçisi Joze Mourinyo ilə münasibətlərindən və onların yollarının nəhayət kəsişməsindən danışıb.
90deqiqe.Az xəbər verir ki, almaniyalı futbolçu bu barədə "AS" nəşrinə açıqlamasında bildirib.
“Sezonun sonuna yaxın mənə zəng etdilər və Mourinyo komandanı çalışdıracağını bildirdi. O, mənim də komandada qalmağımı istəyirdi. Həmin andan etibarən hər şey daha aydın oldu.
Mourinyo məni dəfələrlə transfer etmək istəyib. Məsələn, “Tottenhem”də işlədiyi vaxt, mən isə Frenk Lempardın rəhbərliyi altında “Çelsi”də az oynayırdım. Hətta daha gənc olduğum vaxtlarda da məni komandasında görmək istəyirdi. Aramızda özünəməxsus bir tarixçə var. Nəhayət, 33 yaşımda yollarımız kəsişdi”
Qeyd edək ki, Joze Mourinyo 2026-cı ilin iyulunda “Real Madrid”in baş məşqçisi təyin olunub. Onun klubla müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.