18 noyabr 2026. Çərşənbə

Ter Ştegen “Barselona”nın məşq bazasına baş çəkib


Ter Ştegen “Barselona”nın məşq bazasına baş çəkib

Hazırda icarə əsasında “Ayaks”da çıxış edən qapıçı Mark-Andre ter Ştegen gözlənilmədən “Barselona”nın məşq bazasında görüntülənib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.

Mətbuatda daha əvvəl almaniyalı qapıçının “Barselona”ya qayıtmaq istədiyi, lakin komandanın baş məşqçisi Hans-Diter Flikin buna qarşı olduğu barədə xəbərlər yer alıb.

Qeyd edək ki, Ter Ştegenin Kataloniya klubu ilə müqaviləsi 2027/2028 mövsümünün sonunadək qüvvədədir.

İspaniya çempionatında 12 turdan sonra “Barselona” 33 xalla turnir cədvəlinə başçılıq edir. 30 xalı olan “Real Madrid” ikinci, 28 xal toplayan “Atletiko Madrid” isə üçüncü pillədə qərarlaşıb.







İspaniya L.L.