- İspaniya L.L.
- 23:04 18.11.2026
“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem yaxşı formada olduğu üçün klub onunla müqavilənin uzadılması məsələsini tezliklə həll etmək istəyir.
90deqiqe.Az-ın “OK Diario”ya istinadən məlumatına görə, 23 yaşlı futbolçunun danışıqlar zamanı Madrid klubunun qarşısına iki şərt qoyduğunu yazıb.
Birinci şərt Bellinqemin illik maaşının 22 milyon avroya qədər artırılmasıdır. Bununla o, Vinisius Juniorla eyni məvacib almaq istəyir. “Real Madrid” rəhbərliyi ingiltərəli yarımmüdafiəçinin yüksək səviyyəsini nəzərə alaraq bu tələbi qəbul etməyə hazırdır.
İkinci şərt isə rəqabətədavamlı layihənin formalaşdırılmasıdır. Son iki mövsümü titulsuz başa vuran Bellinqem klubun ambisiyalarının “Real Madrid”in statusuna uyğun olduğuna əmin olmaq istəyir.
Qeyd edək ki, ingiltərəli futbolçunun hazırkı sözləşməsi 2029-cu ilin ortalarınadək qüvvədədir.