18 noyabr 2026. Çərşənbə

“Real”ın sabiq qapıçısı 39 yaşında karyerasını başa vurub


“Real”ın sabiq qapıçısı 39 yaşında karyerasını başa vurub

Madrid “Real”ının sabiq qapıçısı Antonio Adan 39 yaşında futbolçu karyerasını bitirib.

90deqiqe.Az xəbər verir ki, ispaniyalı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu barədə uzun müddət düşündüm və karyeramı başa vurduğumu elan etmək istəyirəm. Uşaqlıqda arzuladığım hər şeyi yaşadım. Qələbələr qazandım, məğlubiyyətlər yaşadım, ağladım, sevindim və ən əsası, çox şey öyrəndim. Sahib olduğum hər şeyi futbola borcluyam. Bütün bunlar yaddaşımda əbədi qalacaq”, – deyə Adan bildirib.

Antonio Adan “Real”ın yetirməsidir. O, 2013-cü ilədək Madrid klubunun sistemində çıxış edib. Daha sonra İtaliyanın “Kalyari” klubuna keçsə də, əsas heyətdə möhkəmlənə bilməyib.

Qapıçı 2014-2018-ci illərdə “Betis”də, 2018-2020-ci illərdə isə Madrid “Atletiko”sunda çıxış edib. Sonuncu klubda oyun praktikası baxımından ciddi imkan əldə etməyib.

2020-2024-cü illərdə “Sportinq”in formasını geyinən Adanın karyerasındakı son dayanacağı İranın “İstiqlal” klubu olub.







İspaniya L.L.