18 noyabr 2026. Çərşənbə

“Barselona” Baldeni qışda satmağı planlaşdırmır


“Barselona” Baldeni qışda satmağı planlaşdırmır

“Barselona”nın koordinatoru vəzifəsində çalışan Boyan Krkiç komandanın müdafiəçisi Alexandro Baldenin gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, Kataloniya klubu mətbuatda yayılan çoxsaylı iddialara baxmayaraq ispaniyalı futbolçunu yanvar ayında satmağı planlaşdırmır.

Bu mövsüm nadir hallarda meydana çıxan Baldenin vəziyyətinin mürəkkəb olduğunu bildirən Krkiç onun məşqlərdəki çıxışından razı qaldıqlarını vurğulayıb:

“Yanvar ayında Balde ilə yollarımızı ayırmağı planlaşdırmırıq. O, az oynayır və vəziyyətin asan olmadığını başa düşürük. Lakin futbolda müxtəlif dövrlərdən keçmək lazım gəlir. O, məşqlərdə hər zaman əla təsir bağışlayır”.

Aleksandro Baldenin “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı 22 yaşlı müdafiəçinin bazar dəyərini 40 milyon avro qiymətləndirir.







İspaniya L.L.