18 noyabr 2026. Çərşənbə

“Barselona”nın heyətini 10 balla qiymətləndirirəm”


“Barselona”nın heyətini 10 balla qiymətləndirirəm”

“Barselona”nın idman direktoru Deku komandanın bu mövsüm üçün heyətinin səviyyəsi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Barca Universal” nəşrinə istinadən məlumatına görə, funksioner Kataloniya təmsilçisinin futbolçu heyətindən tam razı olduğunu bildirib.

“Heyətimizi 10 balla qiymətləndirirəm! Hesab edirəm ki, komandamız tam komplektləşdirilib. Bu, hər şeyi əvvəlcədən planlaşdırmağın bizə nəsib olduğu ilk mövsümdür”

“Barselona” İspaniya La Liqasının cari mövsümündə 12 turdan sonra 33 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu ikinci pillədə qərarlaşan Madrid “Real”ını üç xal qabaqlayır.

Qeyd edək ki, noyabrın 22-də “Barselona” doğma meydanda “Vilyarreal”ı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.







İspaniya L.L.