18 noyabr 2026. Çərşənbə

Argentina və Uruqvay rəqiblərini darmadağın edib


Argentina və Uruqvay rəqiblərini darmadağın edib

Yoldaşlıq oyunlarında Argentina millisi Kosta-Rikanı 7:0, Uruqvay isə Dominikan Respublikasını 5:0 hesabı ilə məğlub edib.

90deqiqe.Az xəbər verir ki, milli komandaların oyunlarına fasilə zamanı keçirilən yoxlama görüşlərində hər iki Cənubi Amerika təmsilçisi böyükhesablı qələbə qazanıb.

Lionel Messinin karyerasını başa vurmasından sonra ilk matçında Uruqvaya məğlub olan Argentina millisi növbəti qarşılaşmada fərqli nəticəyə imza atıb. Lionel Skaloni rəhbərlik etdiyi komanda doğma meydanda Kosta-Rikanı 7 cavabsız qolla üstələyib.

Argentina millisinin heyətində Niko Pas, Xulian Alvares və Franko Mastantuono hərəyə iki dəfə fərqləniblər. Aleksis Mak Allister isə bir qol vurub.

Gecənin digər qarşılaşmasında Uruqvay millisi Dominikan Respublikasına şans verməyib. Dieqo Forlanın rəhbərlik etdiyi komanda 5:0 hesablı qələbə qazanıb.

Uruqvay millisinin qollarını Rodriqo Aqirre, Federiko Vinyas, Nikolas de la Kruz, Federiko Valverde və Bruno Damiani vurublar.

Qeyd edək ki, Uruqvay millisinin ehtiyat oyunçular skamyasında yer alan Lukas Torreyra matçda meydana çıxmayıb.







İspaniya L.L.