- İspaniya L.L.
- 23:48 18.11.2026
“Barselona”nın idman direktoru Deku Kataloniya klubuna transferini reallaşdıra bilmədiyi üçün ən çox təəssüfləndiyi futbolçunun adını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı funksionerdən müsahibə zamanı indiyədək baş tutmayan transferlərdən hansına görə daha çox peşman olduğu soruşulub.
Deku tərəddüd etmədən hazırda Almaniyanın “Bavariya” klubunda çıxış edən Luis Diasın adını çəkib.
Qeyd edək ki, 29 yaşlı hücumçu 2025-ci ilin yayından Münhen təmsilçisinin formasını geyinir. Onun “Bavariya” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı kolumbiyalı futbolçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.
Luis Dias Almaniyaya yollanmazdan əvvəl bir neçə il İngiltərənin “Liverpul” klubunda çıxış edib.