- İspaniya L.L.
- 23:48 18.11.2026
Madrid “Real”ının rəhbərliyi braziliyalı hücumçu Vinisius Juniorun gələcəyi ilə bağlı qərarını verib.
90deqiqe.Az-ın məlumatına görə, "kral klubu" futbolçuya çətin dövründə dəstək olmaq niyyətindədir və onun satışını müzakirə etmir. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
26 yaşlı futbolçu cari mövsümə uğursuz başlayıb. Bu isə onun komandadan ayrılacağı ilə bağlı iddialara səbəb olub. Lakin Romanonun sözlərinə görə, “Real” rəhbərliyi Vinisius Juniorun potensialına tam əmindir və ona güvənməkdə davam edir.
Qeyd edək ki, braziliyalı hücumçu bu mövsüm “Real”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 12 oyunda meydana çıxıb, bir qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Madrid klubu yayda Vinisius Juniorla müqavilənin müddətini 2032-ci ilin yayına qədər uzadıb.