- İspaniya L.L.
- 00:12 19.11.2026
“Barselona”nın idman direktoru Deku Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbekin mümkün transferi ilə bağlı suala maraqlı cavab verib.
90deqiqe.Az xəbər verir ki, onun sözlərini “The Touchline” yayıb.
“Yaxşı olar ki, onun haqqında danışmayaq. Yoxsa qiyməti artacaq!” – deyə Deku bildirib.
Daha əvvəl “Barselona”nın alman müdafiəçi ilə maraqlandığı barədə məlumat yayılmışdı. Mətbuatda kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin Şlotterbeki komandasında görmək istədiyi, Dekunun isə “İnter”in futbolçusu Alessandro Bastoniyə üstünlük verdiyi bildirilirdi.
Şlotterbek 2022-ci ilin yayından Dortmund təmsilçisində çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. 26 yaşlı futbolçunun bazar dəyəri 55 milyon avro qiymətləndirilir.