19 noyabr 2026. Cümə axşamı

“Real Madrid” Orelyen Tçuameninin müqaviləsini 2032-ci ilədək uzadıb


“Real Madrid” Orelyen Tçuameninin müqaviləsini 2032-ci ilədək uzadıb

İspaniyanın “Real Madrid” klubu fransalı yarımmüdafiəçisi Orelyen Tçuameni ilə müqavilənin müddətini uzadıb.

90deqiqe.Az-ın Madrid təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, yeni müqavilə 2032-ci il iyunun 30-dək qüvvədə olacaq.

Orelyen Tçuameni 2022-ci ildə “Real Madrid”ə transfer olunub. O, klubun heyətində keçirdiyi beş mövsüm ərzində 205 oyunda meydana çıxıb və 8 titul qazanıb.

Fransalı futbolçu “Kral klubu”nun heyətində UEFA Çempionlar Liqasının, klublararası dünya çempionatının və UEFA Superkubokunun hər birində iki dəfə, İspaniya La Liqası, İspaniya Kuboku və İspaniya Superkubokunda isə bir dəfə qalib olub.

Qeyd edək ki, Fransa millisinin üzvü olan Tçuameni indiyədək yığmanın heyətində 50 oyun keçirib. O, 2021-ci ildə UEFA Millətlər Liqasının qalibi olub.







İspaniya L.L.