- İspaniya L.L.
- 22:43 19.11.2026
“Barselona”nın və İspaniya millisinin müdafiəçisi Pau Kubarsi jurnalistlərlə ünsiyyət zamanı dil baxımından yaşadığı çətinliklərdən danışıb.
90deqiqe.Az xəbər verir ki, 19 yaşlı futbolçu ispan dilində müsahibə verərkən özünü rahat hiss etmədiyini bildirib.
“Mən bütün həyatım boyu katalan dilində danışmışam. Buna görə də ispan dilində müsahibələr vermək mənim üçün kifayət qədər çətindir. Amma məşq edirəm və zaman keçdikcə daha təbii və sərbəst danışmağa başlayıram”, – deyə Kubarsinin sözlərini “Barca Universal” yayıb.
Qeyd edək ki, Pau Kubarsi cari mövsümdə Hans-Diter Flikin rəhbərlik etdiyi komandada 13 oyuna çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.