- İspaniya L.L.
- 22:43 19.11.2026
Futbol üzrə tanınmış sabiq portuqaliyalı oyunçu Luis Fiqu “Real Madrid”in cinah hücumçusu Vinisius Juniorun hazırkı forması barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, o, braziliyalı futbolçunun əvvəlki oyun səviyyəsinə qayıdacağına əmin olduğunu bildirib.Fiqu bu barədə danışarkən Vinisiusun potensialını xüsusi vurğulayıb.
“Onun bacarığını nəzərə alsaq, Vinisius əvvəlki səviyyəsinə və statusuna qayıdacaq futbolçudur. O, şübhəsiz ki, layiq olduğu mövqeyə və alışdığımız oyun səviyyəsinə dönəcək. Yenidən oyunun taleyini dəyişə bilən futbolçu olacaq”, – deyə Fiqu bildirib.
Qeyd edək ki, Braziliya millisinin üzvü cari mövsümdə “Real Madrid”in heyətində 14 oyuna çıxıb, iki qol vurub və üç məhsuldar ötürmə edib.