- İspaniya L.L.
- 22:43 19.11.2026
Madrid “Atletiko”sunun futbolçusu Li Kan-İn Asiya Futbol Konfederasiyası (AFC) tərəfindən xarici klubda çıxış edən ilin ən yaxşı asiyalı futbolçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, Cənubi koreyalı hücumçu bu mükafata ardıcıl ikinci dəfə layiq görülüb.
25 yaşlı futbolçu ötən il də eyni mükafatı qazanmışdı. Həmin vaxt o, PSJ-nin formasını geyinirdi. Li Kan-İn iyul ayında Madrid təmsilçisinə keçib.
Cənubi koreyalı futbolçu 2011-ci ildə, 10 yaşında ölkəsini tərk edərək “Valensiya”nın akademiyasına qoşulub. O, İspaniya klubunun əsas komandasında peşəkar karyerasına 2017-ci ildə başlayıb.
Li Kan-İn 2021-ci ildə “Valensiya”dan ayrılaraq “Malyorka”ya keçib və 2023-cü ilədək bu klubda çıxış edib. Daha sonra PSJ-yə transfer olunan futbolçu 2026-cı ilədək Fransa təmsilçisinin formasını geyinib.