- İspaniya L.L.
- 23:29 20.11.2026
“Barselona”nın mərkəz müdafiəçisi Andreas Kristensen yenidən zədələnib.
90deqiqe.Az xəbər verir ki, danimarkalı futbolçu baldır əzələsində narahatlıq hiss etdiyi üçün La Liqanın 13-cü turunda “Vilyarreal”la keçiriləcək matçda iştirak edə bilməyəcək. Bu barədə Kataloniya klubunun sosial şəbəkə hesablarında məlumat verilib.
30 yaşlı müdafiəçi daha əvvəl bud əzələsinin zədələnməsi səbəbindən təxminən iki ay yaşıl meydanlardan kənarda qalmışdı. Klubun mətbuat xidmətinin məlumatına görə, futbolçunun budəfəki zədədən nə vaxt sağalacağı hələ məlum deyil.
Qeyd edək ki, Andreas Kristensen cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.