20 noyabr 2026. Cümə

“Barselona” gənc müdafiəçisi ilə müqaviləni uzatdı


“Barselona” gənc müdafiəçisi ilə müqaviləni uzatdı

“Barselona” 19 yaşlı müdafiəçisi Xavi Espartla yeni müqavilə imzaladığını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Kataloniya klubunun yetirməsi ilə imzalanan yeni sözləşmə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.

Xavi Espart əsas komandada debütünü 2026-cı ilin martında Çempionlar Liqasının “Nyukasl”a qarşı matçında edib. Gənc müdafiəçi indiyədək Kataloniya təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Barselona” La Liqada 12 turdan sonra 33 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar növbəti matçını noyabrın 22-də 13-cü tur çərçivəsində doğma meydanda “Vilyarreal”a qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.







İspaniya L.L.