22 noyabr 2026. Bazar günü

“Real Madrid” “Selta” üzərində qələbə qazanaraq liderliyə yüksəlib


“Real Madrid” “Selta” üzərində qələbə qazanaraq liderliyə yüksəlib

İspaniya La Liqasının XIII turunda “Real Madrid” doğma meydanda “Selta” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən görüş Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 6-cı dəqiqədə qonaqların hücumçusu Pablo Duran açıb. 39-cu dəqiqədə Kilian Mbappe penaltidən yararlana bilməyib.

İkinci hissədə üstünlüyü ələ alan “Real Madrid” 66-cı dəqiqədə Cud Bellinqhemin qolu ilə tarazlığı bərpa edib. 85-ci dəqiqədə Karlos Espinin vurduğu qol isə Madrid klubuna qələbə qazandırıb.

Bu nəticədən sonra 13 oyunda 33 xal toplayan “Real Madrid” turnir cədvəlinin liderliyinə yüksəlib. “Selta” isə 13 xalla 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, növbəti turda “Real Madrid” noyabrın 28-də doğma meydanda “Alaves”i qəbul edəcək. “Selta” isə noyabrın 29-da “Vilyarreal”la qarşılaşacaq.







İspaniya L.L.