- İspaniya L.L.
- 21:02 22.11.2026
“Barselona”nın baş məşqçisi Hansi Flik komandanın müdafiəçisi Jerar Martin barədə fikirlərini bölüşüb.
90deqiqe.Az -ın məlumatına görə, alman çalışdırıcı müdafiəçinin çıxışını yüksək qiymətləndirərək onun komandaya verdiyi töhfəni xüsusi vurğulayıb.
“Onun inkişafı və komandaya göstərdiyi təsir inanılmazdır. Ona ehtiyac duyduğumuz zaman hər zaman köməyə hazırdır. Bu gün Jerar Martin möhtəşəm oynadı. O, çox peşəkar və bizim üçün vacib futbolçudur. Onun çıxışından razıyam”, – deyə Flikin sözlərini “Barça Universal” yayıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu İspaniya La Liqasının 13-cü turunda “Vilyarreal”la qarşılaşmada (3:2) fərqlənərək komandasının geridönüşünün əsasını qoyub. Xatırladaq ki, kataloniyalılar ilk hissədən sonra 0:2 hesabı ilə geridə olublar.
Jerar Martin cari mövsümdə bütün turnirlərdə 15 oyunda iştirak edib və bir qol vurub.