24 noyabr 2026. Çərşənbə axşamı

Simeone komandanın hücumçularından narazıdır


Simeone komandanın hücumçularından narazıdır

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandanın hücumçularının qol vurmaması ilə bağlı suala cavab verib.

90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, mütəxəssis müdafiəçi və yarımmüdafiəçilərin qol vurmasından məmnun olmadığını, əsas hücumçuların fərqlənməsini gözlədiyini bildirib.

“Qolları müdafiəçilərin və ya yarımmüdafiəçilərin vurması məni sevindirmir. Məsələn, Kardozonun son oyunda qol vurması kimi. Bir neçə matçda oynayıb üç qol vuran Deviddən başqa, Alvaresdən də qollar gözləyirik. Sorlortun da sağalaraq komandaya qayıtmasını gözləyirik. Onların qol duyumu var və şübhəsiz ki, hələ özlərini göstərəcəklər”

 







İspaniya L.L.

“Onun inkişafı inanılmazdır”
  • İspaniya L.L.
  • 21:02 22.11.2026
“Onun inkişafı inanılmazdır”