- İspaniya L.L.
- 22:17 25.11.2026
Madrid məhkəməsində “Real” və “Barselona” klubları arasında keçirilən barışıq görüşü razılaşma əldə olunmadan başa çatıb.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, görüş 10 dəqiqədən çox çəkməyib. Tərəflər güzəştə getməyə hazır olmadıqları üçün Kataloniya klubu Florentino Peresi böhtana görə məhkəməyə verə bilər.
Peres çağırış almasına baxmayaraq, görüşdə iştirak etməyib. Klubların maraqlarını hüquqşünaslar təmsil ediblər.
Münaqişə Peresin ötən həftə “Real”ın ümumi yığıncağında çıxışından sonra daha da kəskinləşib. O, Madrid klubunu Neqreyra işi üzrə “ilk qurban” adlandıraraq, “Barselona”nın hakimlərin qərarları sayəsində guya üstünlük əldə etdiyini və korrupsiyaya yol verildiyini iddia edib.
“Barselona”nın prezidenti Joan Laporta isə cavabında Peresin Neqreyra işi ilə bağlı açıqlamalarının həqiqəti təhrif etdiyini və Kataloniya klubunun nüfuzuna zərər vurduğunu bildirib.