- İspaniya L.L.
- 22:17 25.11.2026
“Barselona”nın hücumçusu Lamin Yamal “Mançester Siti”nin futbolçusu Niko O’Raylinin Kataloniya klubuna transfer olunmasını arzulayır.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Yamal O’Raylini “Barselona”nın heyətində görmək istəyir. Kataloniya klubu da sürətlə inkişaf edən futbolçunu yaxından izləyir.
Sol cinah müdafiəçisi olan O’Raylinin Hans-Diter Flikin oyun sisteminə uyğun gəldiyi bildirilir. O, həmçinin yarımmüdafiədə, hətta hücuma daha yaxın mövqedə də çıxış edə bilir.
Transferin reallaşmasına “Mançester Siti”nin mövqeyi mane ola bilər. İngiltərə klubu O’Raylini gələcək illər üçün layihəsinin vacib oyunçularından biri hesab edir.
Qeyd edək ki, 21 yaşlı Niko O’Raylinin Transfermarkt portalında transfer dəyəri 70 milyon avro göstərilir.