25 noyabr 2026. Çərşənbə

Laporta Fermin Lopesin qırmızı vərəqə almasına münasibət bildirib


Laporta Fermin Lopesin qırmızı vərəqə almasına münasibət bildirib

“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya çempionatının “Vilyarreal”la son oyununda qırmızı vərəqə alıb. 

90deqiqe.Az-ın məlumatına görə, Laporta hadisənin emosional anlarda baş verdiyini və futbolçunun hakimi təhqir etmək niyyətində olmadığını bildirib.

“Cəzanın bir, yoxsa iki oyunluq olacağını hələ bilmirik. Belə hallar oyunlar zamanı baş verir. Xoşbəxtlikdən, hakim Fermin tərəfindən təhqir olunmadığını təsdiqləyə bilər. Lopes dünən bizə əslində nə dediyini izah etdi. Bu, sadəcə, futbol matçı zamanı yaşanan gərginlik fonunda verilmiş emosional reaksiya idi. Belə hallar futbolda baş verir”, – deyə klub prezidenti bildirib.

Laporta əlavə edib ki, klub ispaniyalı futbolçuya tətbiq olunacaq cəzanın yüngülləşdirilməsi üçün bütün mümkün addımları atacaq.

Qeyd edək ki, futbolçu hakimlərdən birinin ünvanına kobud ifadə işlətdiyinə görə meydandan qovulub. Kataloniya klubunun prezidenti Xoan Laporta hadisə ilə bağlı açıqlama verib. Noyabrın 25-də “Barselona” Çempionlar Liqası çərçivəsində Azərbaycanda “Sabah”la qarşılaşır və 1:0 hesabı ilə öndədir.







İspaniya L.L.

“Onun inkişafı inanılmazdır”
  • İspaniya L.L.
  • 21:02 22.11.2026
“Onun inkişafı inanılmazdır”