- İspaniya L.L.
- 23:40 26.11.2026
“Barselona”nın qapıçısı Joan Qarsiya dizindəki problemə baxmayaraq, meydana çıxmağa davam edir.
90deqiqe.Az-ın “Sport” nəşrinə istinadən məlumatına görə, 25 yaşlı qolkiper sentyabr ayında “Rasinq”lə keçirilən oyunda aldığı zədədən sonra narahatlıq yaşayır. Futbolçunun dizindəki şişkinlik hələ də tam çəkilməyib.
“Vilyarreal”la son matçın fasiləsində “Barselona”nın baş məşqçisi Hans-Diter Flik hətta qapıçı dəyişikliyi etməyi də düşünüb və Dominik Livakoviçə isinmə hərəkətlərinə başlamaq göstərişi verib. Lakin Joan Qarsiya qarşılaşmanı sonadək davam etdirib. O, həmçinin Çempionlar Liqasında “Sabah”la matçda da tam 90 dəqiqə meydanda olub.
Bununla belə, qapıçının vəziyyəti Kataloniya klubunda narahatlıq doğurmur. Joan Qarsiya yaxın müddətdə həm məşqləri tam yüklə davam etdirməyə, həm də oyunlarda iştirak etməyə hazırdır.