27 noyabr 2026. Cümə

“Barselona”dan zədələnən futbolçusu ilə bağlı açıqlama


“Barselona”dan zədələnən futbolçusu ilə bağlı açıqlama
Rəsmi

“Barselona” klubu zədələnən müdafiəçisi Alexandro Baldenin səhhəti ilə bağlı açıqlama yayıb.

90deqiqe.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, 23 yaşlı müdafiəçiyə sağ ayaq biləyinin bağlarının yüngül dartılması diaqnozu qoyulub.

Baldənin İspaniya çempionatının XIV turunda “Deportivo”ya qarşı keçiriləcək matçda iştirakı istisna edilmir. Futbolçunun meydana çıxıb-çıxmayacağı bərpa prosesinin gedişindən asılı olacaq.

Qeyd edək ki,ispaniyalı futbolçu UEFA Çempionlar Liqasında “Sabah”la keçirilən son oyunun ikinci hissəsində zədələnib.

Balde cari mövsümdə bütün turnirlərdə altı oyunda iştirak edib və bir məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

“Onun inkişafı inanılmazdır”
  • İspaniya L.L.
  • 21:02 22.11.2026
“Onun inkişafı inanılmazdır”