27 noyabr 2026. Cümə

“Atletiko”nun hücumçusu “Barselona” ilə oyunu buraxacaq


“Atletiko”nun hücumçusu “Barselona” ilə oyunu buraxacaq
Rəsmi

Madridin “Atletiko” klubunun hücumçusu Aleksandr Sörlot komandasının qarşıdakı bir neçə oyununda iştirak edə bilməyəcək.

90deqiqe.Az-ın “Marca"ya istinadən məlumatına görə, 30 yaşlı norveçli futbolçu UEFA Çempionlar Liqasında “Vikinq”ə qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan matçda zədələnib. Həmin görüşdə bir qola imza atan hücumçunun ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Bu səbəbdən Sörlot dekabrın 2-də İspaniya La Liqasının vacib qarşılaşmasında “Barselona”ya qarşı meydana çıxa bilməyəcək.

Bundan əlavə, Dieqo Simeone norveçli futbolçunun xidmətindən “Elçe” (28 noyabr), “Betis” (6 dekabr), PSV (9 dekabr) və “Valensiya” (13 dekabr) ilə oyunlarda da yararlana bilməyəcək.

Qeyd edək ki, Aleksandr Sörlot cari mövsümdə bütün turnirlərdə səkkiz matçda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.







İspaniya L.L.

“Onun inkişafı inanılmazdır”
  • İspaniya L.L.
  • 21:02 22.11.2026
“Onun inkişafı inanılmazdır”