- İspaniya L.L.
- 00:46 27.11.2026
“Deportivo”nun hücumçusu Pyer-Emerik Obameyanq İspaniya La Liqasının növbəti turunda “Barselona”ya qarşı keçirəcəkləri oyun öncəsi jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, qabonlu futbolçu sabiq komandası ilə qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşımadığını bildirib.
“Bu oyunda mənim üçün qeyri-adi heç nə yoxdur. Sadəcə, ən yaxşı komandalardan birinə qarşı keçiriləcək matçdır. Vəssalam”, – deyə 37 yaşlı hücumçu mətbuat konfransında bildirib.
Qeyd edək ki, Obameyanq 2022-ci ilin yanvar-sentyabr aylarında “Barselona”nın formasını geyinib. O, cari La Liqa mövsümündə “Deportivo”nun heyətində keçirdiyi 10 oyunda beş qol vurub.
Xatırladaq ki, “Deportivo” – “Barselona” qarşılaşması noyabrın 29-da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.