- İspaniya L.L.
- 16:26 27.11.2026
İspaniyanın “Real Madrid” klubu mərakeşli futbolçu Brahim Diasla yeni müqavilə imzalayıb.
90deqiqe.Az-ın məlumatına görə, yeni sözləşməyə əsasən, 26 yaşlı yarımmüdafiəçi 2031-ci il iyunun 30-dək Madrid təmsilçisinin formasını geyinəcək.
Brahim Dias 2019-cu ildə, 19 yaşında “Real Madrid”ə qoşulub. O, klubda keçirdiyi 6 mövsüm ərzində 173 oyunda meydana çıxıb və 7 titul qazanıb.
Futbolçu Madrid klubu ilə UEFA Çempionlar Liqası, klublararası dünya çempionatı, UEFA Superkuboku, iki İspaniya çempionluğu və İspaniya Superkubokunun qalibi olub.
Mərakeş millisinin də üzvü olan Dias yığmanın heyətində 36 oyuna çıxıb, 15 qol vurub. O, həmçinin 2025-ci il Afrika Millətlər Kubokunun ən məhsuldar futbolçusu olub.