28 noyabr 2026. Şənbə

Konate “Real”ın əfsanələri arasında seçim etdi


Konate “Real”ın əfsanələri arasında seçim etdi
Pitch Vision

Madrid “Real”ının mərkəz müdafiəçisi İbrahim Konate klubun tarixindəki əfsanəvi futbolçulardan kimləri özünə kumir hesab etdiyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, 27 yaşlı futbolçu komandanın sabiq kapitanı, müdafiəçi Serxio Ramosu və Braziliyanın əfsanəvi hücumçusu Ronaldonu fərqləndirib.

“Birmənalı şəkildə mənim kumirim Ramosdur. Bütün dövrlərin ən sevimli “Real” futbolçularından danışsaq, seçimim Serxio ilə Ronaldo arasında olar”, – deyə Konatenin sözlərini “Madrid Zone” nəşri yayıb.

Qeyd edək ki, fransalı müdafiəçi ötən yay azad agent kimi “Liverpul”dan ayrılaraq Madrid klubuna keçib. Onun “Real”la müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.







İspaniya L.L.