- İspaniya L.L.
- 21:40 28.11.2026
“Barselona” klubu yarımmüdafiəçi Rodri və mərkəz müdafiəçisi Andreas Kristensenin sağlamlıq vəziyyəti ilə bağlı tibbi hesabat yayıb.
90deqiqe.Az-ın məlumatına görə, hər iki futbolçu həkimlərin müayinəsindən sonra məşqlərə və oyunlara qayıtmaq üçün icazə alıb.
Beləliklə, Rodri və Kristensen İspaniya çempionatının 14-cü turunda “Deportivo”ya qarşı keçiriləcək oyunda baş məşqçi Hans-Diter Flikin sərəncamında olacaq.
Xatırladaq ki, ispaniyalı futbolçu noyabrın əvvəlində budun arxa əzələsindəki zədə səbəbindən yaşıl meydanlardan kənarda qalmışdı. Danimarkalı müdafiəçini isə baldır əzələsi nahiyəsindəki narahatlıq meydana çıxmağa qoymurdu.
Qeyd edək ki, hazırda “Barselona” “Real”ı üç xal qabaqlayaraq La Liqanın turnir cədvəlinə başçılıq edir.