- İspaniya L.L.
- 23:37 28.11.2026
İspaniya La Liqasında “Atletiko Madrid” klubu səfərdə “Elçe” ilə qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, gərgin keçən qarşılaşma Madrid təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqlar oyuna sürətli başlayıblar. Artıq 5-ci dəqiqədə Alehandro Qrimaldo penaltini dəqiq yerinə yetirərək hesabı açıb. Cəmi iki dəqiqə sonra isə Li Kan İn fərqi iki topa çatdırıb – 0:2.
“Elçe” 26-cı dəqiqədə Martim Netunun qolu ilə hesab arasındakı fərqi azaldıb. Bununla belə, fasiləyə az qalmış “Atletiko” yenidən fərqi artırıb. 41-ci dəqiqədə Aleks Baenanın ötürməsindən sonra Xulian Alvares fərqlənərək komandasının üçüncü qolunu vurub.
Beləliklə, komandalar fasiləyə “Atletiko”nun 3:1 hesablı üstünlüyü ilə yollanıblar.
İkinci hissəyə daha fəal başlayan meydan sahibləri 48-ci dəqiqədə Buba Sanqarenin qolu ilə hesabı 2:3-ə çatdırıblar. Sonrakı dəqiqələrdə “Elçe” hesabı bərabərləşdirməyə çalışsa da, Madrid klubu üstünlüyünü qoruyaraq qarşılaşmadan qələbə ilə ayrılıb.