- İspaniya L.L.
- 00:00 29.11.2026
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik cari mövsümü icarə əsasında “Deportivo”da keçirən yarımmüdafiəçi Mark Kasado barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında Flick futbolçu haqqında müsbət fikirlər səsləndirib:
“Yalnız onu deyə bilərəm ki, Kasado nümunəvi münasibətə malik əla oyunçudur. Zədəsini sağaldaraq yenidən meydana qayıtmasına və futbol oynamağa başlamasına sevinirəm. O, əla futbolçu, gözəl insandır və əsl peşəkardır”, – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, bazar günü La Liqanın 13-cü turu çərçivəsində “Deportivo” doğma meydanda “Barselona”nı qəbul edəcək. “Deportivo” – “Barselona” qarşılaşması Bakı vaxtı ilə 21:15-də başlayacaq.