29 noyabr 2026. Bazar günü

“Atletiko”nun müdafiəçisi “Barselona” ilə oyunu buraxacaq


“Atletiko”nun müdafiəçisi “Barselona” ilə oyunu buraxacaq
Rəsmi

“Atletiko” klubunun müdafiəçisi Mark Pubill İspaniya La Liqasının növbəti turunda “Barselona”ya qarşı keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

90deqiqe.Az xəbər verir ki, 23 yaşlı futbolçu bu gün “Elçe” ilə qarşılaşmanın 43-cü dəqiqəsində sarı vərəqə alıb. Bununla da ispaniyalı müdafiəçi çempionatda sarı vərəqə limitini doldurub və bir oyunluq cəza alıb.

Qeyd edək ki, “Atletiko” “Elçe”ni 3:2 hesabı ilə məğlub edib. Madrid təmsilçisi növbəti turda, dekabrın 2-də, çərşənbə günü səfərdə “Barselona” ilə qarşılaşacaq.

Dieqo Simeonenin rəhbərlik etdiyi kollektiv 34 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lakin lider “Barselona”nın (36 xal) və üçüncü yerdəki “Real Madrid”in (33 xal) ehtiyatda bir oyunu var.







İspaniya L.L.